Marukyan Paşinyanla koalisiya qurmaq istəmir

Marukyan Paşinyanla koalisiya qurmaq istəmir
  01 Aprel 2021    Oxunub:1415
“Parlaq Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan baş nazir Nikol Paşinyanla koalisiya qurma ehtimalını istisna edib.
Azvision.az xəbər verir ki, bu barədə Marukyan jurnalistlərə açıqlamasında deyib.

“Xeyr, mən bunu istisna edirəm. Baş nazir Paşinyanla koalisiya qurmağı istisna edirəm. Başqa bir şəxsin nə vaxt baş nazir olacağını müzakirə edəcəyik”, - Marukyan əlavə edib.

O, həmçinin Nikol Paşinyanın gündəminə xidmət etdiklərini bildirib və vurğulayıb ki, xalqı birləşdirən insanlar hakimiyyətə gəlməlidir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: EdmonMarukyan  





Xəbər lenti