“Çinlə hərbi ittifaqa ehtiyacımız yoxdur” - Lavrov

 “Çinlə hərbi ittifaqa ehtiyacımız yoxdur” -  Lavrov
  01 Aprel 2021    Oxunub:1775
Rusiya ilə Çinin NATO kimi hərbi ittifaqa ehtiyacı yoxdur. Moskva ilə Pekin arasındakı münasibətlər tamamilə fərqlidir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Rusiya ilə Çinin hərbi ittifaq bağlaya biləcəyi barədə tez-tez fərziyyələr səsləndirilir. Birincisi, ən yüksək səviyyədəki sənədlərdən biri münasibətlərimizin hərbi ittifaq olmadığını təsdiqləyir, biz bunu hədəfləmirik. Klassik anlayışdakı hərbi ittifaqı biz NATO nümunəsində görürük, belə bir ittifaqa ehtiyacımız yoxdur”, - Lavrov əlavə edib.

Rusiya XİN rəhbəri bildirib ki, Rusiyanın Çinlə münasibətləri klassik hərbi ittifaqdan tamamilə fərqlidir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Lavrov   Rusiya   Çin  



Xəbər lenti