Rusiya XİN rəhbəri 3 ölkəyə səfər edəcək

Rusiya XİN rəhbəri 3 ölkəyə səfər edəcək
  01 Aprel 2021    Oxunub:1570
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pakistan, Qazaxıstan və İrana səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, 6-7 aprel tarixlərində Pakistana səfəri çərçivəsində Lavrov bu ölkədən olan həmkarı ilə görüşəcək. XİN rəhbəri 7-8 aprel tarixlərində Qazaxıstana ziyarəti zamanı Avropa İqtisadi ittifaqı, KTMT və MDB çərçivəsində qarşılıqlı əlaqələri müzakirə edəcək.

Aprelin 13-də isə Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyLavrov   Səfər  





Xəbər lenti