Armen Sarkisyanın ikili vətəndaşlığı araşdırılacaq

Armen Sarkisyanın ikili vətəndaşlığı araşdırılacaq
  02 Aprel 2021    Oxunub:2117
Ermənistan Baş Prokuroluğu prezident Armen Sarkisyanın ikinci vətəndaşlığını gizlətməsi ilə bağlı fakt üzrə cinayət işini Xüsusi İstintaq Xidmətinə göndərib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan bildirib.

“Baş Prokurorluq məlumat alıb. İlkin araşdırmadan sonra materiallar hazırlanması üçün Xüsusi İstintaq Xidmətinə göndərilib, işin davam etdirilib-etdirilməməsinə bundan sonra qərar veriləcək”, - müşavir KİV-ə açıqlamasında deyib.

Qeyd edək ki, Ermənistanda 50-dən çox vəkil Baş prokurorluğa müraciət edərək prezident Armen Sarkisyana cinayət işinin açılmasını tələb edib. Buna səbəb prezident Armen Sarkisyan tərəfindən ikili vətəndaşlıq faktının gizlədilməsidir.

Məlumatda vurğulanıb ki, Armen Sarkisyan 2003-2012-ci illərdə 10 ilə yaxın Britaniya vətəndaşlığına sahib olub. 2018-ci ildə Ermənistan qanunlarını pozaraq prezident seçilib. Konstitusiyaya görə, son altı ildə yalnız Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər.

Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan   Prokurorluq  





Xəbər lenti