Ruslar pandemiyadan sonra da maska taxacaqlar

 Ruslar pandemiyadan sonra da maska taxacaqlar
  02 Aprel 2021    Oxunub:2800
Rusiya Dövlət Dumasının deputatı, "Rospotrebnadzor"un keçmiş rəhbəri Gennadi Onişenko hesab edir ki, ruslar pandemiyadan sonra da maska taxmaqdan imtina etməyəcəklər.
Azvision.az xəbər verir ki, akademikin fikrincə, qoruyucu maska taxmaq mədəniyyət elementinə çevrilir.

"Hər yaz və payızda bizdə qrip yayılır. Onda da maska taxmaqdan imtina edəcəksinizmi? Bu bizim mədəniyyətimizin bir elementi olmalıdır",- deyə Onişenko mətbuat konfransında bildirib.

Rusiyalı deputat qeyd edib ki, əgər metro fəaliyyət göstərməsəydi, Moskvada epidemioloji proseslərin intensivliyi daha aşağı olardı.

Tural Tağıyev
Azvision.az


Teqlər: Maska   Rusiya  





Xəbər lenti