Stalinin qohumunun 2 milyonu oğurlandı

 Stalinin qohumunun 2 milyonu oğurlandı
  02 Aprel 2021    Oxunub:1795
İosif Stalinin qohumu, Böyük Vətən müharibəsi veteranı Leonid Alliluyev fırıldaqçıların qurbanına çevrilib.
Azvision.az xəbər verir ki, Alliluyev oğruların iki dəfə ondan pul qoparmağa çalışdığını, birinci cəhddə buna nail olduqlarını deyib. Dələduzlar ona zəng vuraraq özlərini bank işçisi kimi təqdim edib, bununla veteranın hesab şifrəsini öyrəniblər. Nəticədə Stalinin qohumundan iki milyon rubl oğurlayıblar.

Maraqlıdır ki, bu hadisədən sonra həmin dələduzlar yenidən veterana zəng edərək, bu dəfə özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim ediblər. Onlar hakerlərin veteranın pullarını oğurlamağa cəhd etmələri barədə məlumat veriblər. Yalançı polislər deyiblər ki, Alliluyevin evinə gələcəklər, buna görə onlara 3,5 milyon rubl verilməlidir.

Alliluyev polisə zəng edərək, qarət olunduğunu bildirib. Pul almaq üçün veteranın evinə gələn bir qız polislər tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarət   Stalin   Fırıldaq  





Xəbər lenti