Pakistanda avtobus qəzası: 10 ölü, 35 yaralı

Pakistanda avtobus qəzası:  10 ölü, 35 yaralı
  02 Aprel 2021    Oxunub:2157
Pakistanın Sind vilayətinin Larkana bölgəsində avtobus qəzası baş verib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, traktorla toqquşan avtobus zərbənin təsirindən aşıb.

Hadisə nəticəsində dördü uşaq olmaqla, 10 nəfər həyatını itirib, 35 nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Qəzaya düşən şəxslərin toydan qayıtdıqları bildirilir. Hadisənin baş vermə səbəbi araşdırılır.

Azvision.az


Teqlər: Qəza   Avtobus  



Xəbər lenti