Almaniyada virusdan ölənlərin sayı 77 minə çatır

Almaniyada virusdan ölənlərin sayı 77 minə çatır
  02 Aprel 2021    Oxunub:1739
Almaniyada son bir gündə 21 888 nəfər koronavirus infeksiyasına yoluxub, 232 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 855 061 yoluxma halı aşkarlanıb, 76 775 ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, Almaniyada karantin rejimi 18 aprelədək uzadılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti