Paşinyan və Overçuk kommunikasiyaların blokdan çıxarılmasını müzakirə edib

Paşinyan və Overçuk kommunikasiyaların blokdan çıxarılmasını müzakirə edib
  02 Aprel 2021    Oxunub:2133
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçukla regional kommunikasiyaların blokdan çıxarılması imkanlarını müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupun fəaliyyətini, regional kommunikasiya infrastrukturunun blokdan çıxarılması imkanlarını və bu istiqamətdə aparılan işləri müzakirə ediblər.

Qarabağla bağlı humanitar razılaşmaların icrası və bölgədə sabitliyin möhkəmləndirilməsinin zəruriliyi xüsusilə vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti