Putinlə Paşinyan Moskvada görüşəcək

 Putinlə Paşinyan Moskvada görüşəcək
  02 Aprel 2021    Oxunub:2670
Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 7-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Mane Qevorkyan bildirib. O deyib ki, bununla əlaqədar olaraq Paşinyan 2 apreldən bəri özünü təcrid rejimində çalışır.

Xatırladaq ki, Paşinyan və Putin sonuncu dəfə 11 yanvarda Moskvada görüşüblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Putin   Görüş   Rusiya  





Xəbər lenti