Paşinyanı tənqid edən müharibə iştirakçısı işdən çıxarıldı

 Paşinyanı tənqid edən müharibə iştirakçısı işdən çıxarıldı
  02 Aprel 2021    Oxunub:2185
Ermənistanda baş nazir Nikol Paşinyanı tənqid edən Qeqarkunik bölgəsinin istintaq idarəsinin müstəntiqi, müharibə iştirakçısı Andranik Antonyan işdən çıxarılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, Ermənistanın hakimiyyət orqanlarının, baş nazir Nikol Paşinyanın fəaliyyətini tənqid edən materiallar və videolar paylaşıb.

A.Antonyan ikinci Qarabağ müharibəsinin ilk günlərindən - sentyabrın 29-dan cəbhəyə könüllü gedib, 7 noyabrda Şuşa döyüşlərindən qayıdıb.

Onun işinə inizam komissiyasında baxılıb və işdən azad edilib. Erməni müstəntiq qərarla bağlı məhkəməyə müraciət edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti