Putinlə Paşinyan nələri müzakirə edəcək? - Peskov açıqladı

Putinlə Paşinyan nələri müzakirə edəcək? -  Peskov açıqladı
  02 Aprel 2021    Oxunub:3473
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 7-də Moskvada baş tutacaq görüşdə Qarabağa dair razılaşmaların həyata keçirilməsini və erkən parlament seçkilərini müzakirə edəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ermənistanın baş naziri Paşinyanın Moskvaya işgüzar səfəri aprelin 7-nə planlaşdırılıb. O, Prezident Putinlə danışıqlar aparacaq. Bilirsiniz ki, Rusiya ilə Ermənistan arasında ən yüksək səviyyədə çox fəal dialoq gedir. Əlbəttə, ilk növbədə, Qarabağdakı hərbi əməliyyatlara son qoyan üçtərəfli razılaşmaların, üçtərəfli sənədin icrasının gedişatı müzakirə ediləcək”, - deyə Peskov söyləyib.

Bundan əlavə, mətbuat katibinin sözlərinə görə, görüşdə Qafqazda nəqliyyat infrastrukturunun blokdan çıxarılması, Ermənistanda başlayan seçki prosesi, Rusiya-Ermənistan əməkdaşlığının digər aktual məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin   Paşinyan  



Xəbər lenti