Ermənistanda yeni nazir təyinatı

Ermənistanda yeni nazir təyinatı
  02 Aprel 2021    Oxunub:1461
Ermənistan prezidenti Armen Sarkisyan yüksək texnologiyalar sənayesi naziri Akob Arşakyanın vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənitan prezidentinin saytında məlumat yerləşdirilib.

Sarkisyanın digər fərmanı ilə bu vəzifəyə əvvəllər ölkənin Tavuş bölgəsinin qubernatoru olmuş Ayk Çobanyan təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Akop Arşakyan İrəvanda jurnalisti döyməsi ilə gündəmə gəlmişdi.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti