“Rusiya vaksini koronavirusa qarşı effektlidir” - Putin

“Rusiya vaksini koronavirusa qarşı effektlidir” -  Putin
  02 Aprel 2021    Oxunub:3083
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin istehsal etdiyi peyvəndin indiyədək məlum olan koronavirusun bütün növlərinə qarşı effektli olduğunu deyib.
Azvision.az xəbər verir ki, ölkə başçısı Rusiyanın vaksin və test sistemləri sahəsində bir çoxlarından öndə olduğunu bildirib:

"Rusiya peyvəndi effeklidir. Mütəxəssislərlə danışıqlardan belə anladım ki, peyvənd virusun indiyə kimi məlum olan bütün variantlarına qarşı effekt verir”.

Putin onu da vurğulayıb ki, Rusiyada istehsal olunan test sistemləri mutasiyaların bütün variantlarını müəyyənləşdirə bilir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Putin   Vaksin   Rusiya  



Xəbər lenti