Sarkisyan Rusiya səfiri ilə görüşüb

Sarkisyan Rusiya səfiri ilə görüşüb
  02 Aprel 2021    Oxunub:1469
Ermənistan prezidenti Armen Sarkisyan Rusiya səfiri Sergey Kopırkinlə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ermənistan-Rusiya ikitərəfli münasibətlərinin hazırkı gündəliyi barədə fikir mübadiləsi aparıblar.

Daha əvvəl bildirilib ki, 7 aprel tarixində Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Danışıqlar zamanı Qarabağla bağlı üçtərəfli razılaşmaların icrası, habelə Ermənistandakı erkən parlament seçkiləri müzakirə ediləcək.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ArmenSarkisyan  





Xəbər lenti