ABŞ Vyanadakı görüşdə iştirak etməyəcək

ABŞ Vyanadakı görüşdə iştirak etməyəcək
  02 Aprel 2021    Oxunub:1374
ABŞ, gələn həftə Vyanada keçiriləcək Birgə Hərtərəfli Fəaliyyət Planı görüşündə iştirak etməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Ərakçi bildirib.

Onun sözlərinə görə, İran nümayəndə heyətinin iştirak edəcəyi toplantı, yalnız iştirakçı ölkələrin (Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya, İran və Aİ nümayəndələri - red.) birgə komissiyanın iclasıdır. İclasın məqsədi ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət Planına mümkün qayıdışını nəzərdən keçirməkdir.

Onun sözlərinə görə, ABŞ İranın iştirak etdiyi heç bir toplantıda, o cümlədən nüvə anlaşması ilə bağlı birgə komissiyanın iclasında iştirak etməyəcək. Bundan əvvəl İran Xarici İşlər Nazirliyi gələn həftə nüvə sazişi ilə bağlı Vyanada iclasın keçiriləcəyini bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti