Bayden ABŞ bayraqlarını endirməyi tapşırdı

Bayden ABŞ bayraqlarını endirməyi tapşırdı
  03 Aprel 2021    Oxunub:1227
ABŞ Prezidenti Cozef Bayden Konqresdə silahlı insident nəticəsində həlak olmuş polis əməkdaşı Uilyam Evansın xatirəsinə ehtiram əlaməti olaraq hökumət binalarının üzərindəki bayraqların endirilməsi barədə göstəriş verib.
Azvision.az xəbər verir ki, bi barədə "Anadolu" agentliyi məlumat yayıb.

“Həyat yoldaşım Jill və mən ABŞ Konqresinin şəhərciyindəki bir təhlükəsizlik məntəqəsində zabit Uilyam Evansın öldürülməsinə və iş yoldaşının yaralanmasına səbəb olan hücumu eşidəndə dərindən kədərləndik”, - Bayden deyib.

Evansın ailəsinə başsağlığı verən Bayden hadisə ilə əlaqədar daxili təhlükəsizlik müşavirindən davamlı məlumat aldığını bildirib.

Xatırldaq ki, ABŞ-da naməlum şəxs avtomobilini Kapitolinin nəzarət-buraxılış məntəqəsinə çırpıb. Bundan sonra sürücü bıçaqla polis əməkdaşlarına xəsarət yetirib. Nəticədə 2 polis əməkdaşı yaralanıb. Cinayətkar güllələnərək öldürülüb, eyni zamanda polis əməkdaşlarından biri aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Azvision.az


Teqlər: ABŞ   Bayden  





Xəbər lenti