Nazaryanın Azərbaycana dair çağırışı ölkəsində etirazla qarşılandı
Lena Nazaryan açıqlamasında bildirib ki, Xarici İşlər Nazirliyinin bu istiqamətdə aktiv olması vacibdir: "İndi şanslar yaranıb ki, Türkiyə və Azərbaycanla düşmənçilik olmasın. Əslində, bu konstruktiv fikirdir və konstruktivliyə mane olan nədir?" .
Azərbaycana qarşı düşmənçilik mövqeyindən əl çəkməyən erməni mediasında Nazaryan tənqid atəşinə tutulub. Qeyd olunub ki, konstruktiv olmağa səbəb yoxdur.
"Düşmən əsgərlərimizi əsirlikdə saxlayır. Onların hərbi cinayətkar olaraq mühakimə olunacağını deyirlər. 5000-dən çox öldürülmüş, 11000 yaralı və 3000-dən çox itkin düşmüş oğlanlarımızın "dondurulmuş" qanı, Qarabağın itirilən 80 faizi ilə Sünik yüksəklikləri konstruktivliyə mane olur", - deyə Ermənistan mətbuatı yazıb.
Tural Tağıyev
Azvision.az
Teqlər: Ermənistan Düşmənçilik Nazaryan







Vaxtında, Aydın, Lazımlı!


