Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
  03 Aprel 2021    Oxunub:1144
Ukrayna parlamentinin spikeri Dmitri Razumkov ölkədə koronavirus infeksiyası səbəbindən fövqəladə vəziyyət rejiminin tətbiqi ehtimalından danışıb.
Azvision.az xəbər verir ki, bu barədə spiker yerli mətbuata açıqlamasında bildirib.

“Təəssüf ki, bəli, fövqəladə vəziyyətin tətbiqi mümkündür. Çünki statistikanı yaxşı anlamaq lazımdır. Koronavirus məsələsi informasiya məkanında bir qədər arxa plana keçdi, nəticədə bu gün danışdığımız statistikanı görürük", - o əlavə edib.

Razumkov vurğulayıb ki, Nazirlər Kabineti fövqəladə vəziyyət rejiminin elan edilməsi təklifini irəli sürərsə və prezident fərman verərsə, Rada Ukraynada koronavirusla bağlı vəziyyətə reaksiya verəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti