Sabiq kanslerin oğlu səhiyyə nazirini məhkəməyə verdi

Sabiq kanslerin oğlu səhiyyə nazirini məhkəməyə verdi
  03 Aprel 2021    Oxunub:1369
Almaniyanın keçmiş kansleri Helmut Kolun (1982-1998-ci illər) oğlu Valter Kol səhiyyə naziri Yens Şpanı məhkəməyə verib.
Azvision.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Məlumata görə, buna səbəb qoruyucu maskalarıntədarükü üçün hesabın ödənməməsidir. Onun sözlərinə görə, iddia Bonn məhkəməsində qaldırılıb, söhbət təxminən 5, 5 milyon avrodan gedir.

Nəşr bildirir ki, 2020-ci ilin yazında Kolun “Kohl Consult” firması nazirliyin elan etdiyi tenderdə iştirak edib və 4,5 avroya FFP2 maskasının tədarükü üçün sifariş alıb. Lakin Səhiyyə Nazirliyi vəsaiti ödəməyib.

Kolun fikrincə, nazirlik qəfildən maskaların suya davamlı olmadığını açıqlayıb, hansı ki, bu, əvvəlcədən razılaşdırılmayıb.

"Yens Şpan və rəhbərlik etdiyi nazirliyin öz müqavilələrini niyə qəsdən pozduğunu anlamıram. Razılaşmaya açıq şəkildə əməl edilməyib".

Müqavilə şərtlərinə əsasən, maskalar üçün ödəmə məhsulların çatdırılmasından sonra bir həftə ərzində edilməli idi.

Almaniyanın Federal Səhiyyə Nazirliyi mövzunu şərh etməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Maska   Kansler  



Xəbər lenti