Nigerdə silahlı şəxslər 14 nəfəri öldürüb

Nigerdə silahlı şəxslər 14 nəfəri öldürüb
  03 Aprel 2021    Oxunub:2446
Nigerdə silahlı şəxslərin hərbi bazaya və yaxın ərazilərə hücumu nəticəsində 14 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “PM News” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, 200-ə yaxın silahlı şəxs Allava rayonunda hərbi bazaya hücum edərək altı əsgər və bir polisi öldürüb. Bundan sonra onlar bazanı yandırıb, yaxın rayona hücum edərək orada daha yeddi nəfəri öldürüb və bir neçə sakini qaçırıblar.

Bölgənin qubernatoru Abubakar Sani-Bello sakinləri təmkinli olmağa çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Niger  





Xəbər lenti