ABŞ-da atışma olub: Ölən və yaralılar var

ABŞ-da atışma olub:  Ölən və yaralılar var
  03 Aprel 2021    Oxunub:2547
ABŞ-ın Şimali Karolina ştatının Uilminqton şəhərində baş verən atışma nəticəsində üç nəfər ölüb, dörd nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə polis rəisi Donni Uilyams bildirib.

Atışma yerli vaxtla şənbə gecəsi şəhərin qərbində baş verib.

"Evdə ziyafət olub. Orada iştirak edənlərdən ən azı yeddi nəfərini güllələyiblər, üçü ölüb”, - polis rəisi deyib. O, hadisənin motivinin hələ müəyyənləşmədiyini söyləyib.

"Hazırda ictimaiyyət üçün təhlükə olduğunu düşünmürük, şübhəlilərin kimliyini müəyyənləşdirməyə çalışırıq".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Atışma  





Xəbər lenti