Somali Müdafiə Qüvvələrinin rəisinə sui-qəsd edilib

Somali Müdafiə Qüvvələrinin rəisinə sui-qəsd edilib
  03 Aprel 2021    Oxunub:1669
Somali Müdafiə Qüvvələri rəhbəri, general Odov Yusifə sui-qəsd edilib.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, hadisə zamanı general sağ qalıb.

General səhər Barir şəhəri ərazisindəki “Əş-Şabab” qrupunun hücum etdiyi hərbi bazalara yardım göstərmək üçün paytaxtı tərk edib. Onun olduğu avtomobilin yaxınlığında mina partladılıb. Müdafiə qüvvələrinin rəisi sağ qalıb. Şəxsi heyət arasında itkilər var.

Bundan əvvəl, keçən il 13 iyulda Müdafiə Nazirliyinin binasının yaxınlığında partlayıcı ilə dolu avtomobil generalın olduğu kortejə yaxınlaşmağa çalışıb. Təhlükəsizlik xidmətinin atəşi nəticəsində terrorçunun avtomobili partladılıb, Odov Yusuf yaralanmayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Somali  



Xəbər lenti