Somali Müdafiə Qüvvələrinin rəisinə sui-qəsd edilib
General səhər Barir şəhəri ərazisindəki “Əş-Şabab” qrupunun hücum etdiyi hərbi bazalara yardım göstərmək üçün paytaxtı tərk edib. Onun olduğu avtomobilin yaxınlığında mina partladılıb. Müdafiə qüvvələrinin rəisi sağ qalıb. Şəxsi heyət arasında itkilər var.
Bundan əvvəl, keçən il 13 iyulda Müdafiə Nazirliyinin binasının yaxınlığında partlayıcı ilə dolu avtomobil generalın olduğu kortejə yaxınlaşmağa çalışıb. Təhlükəsizlik xidmətinin atəşi nəticəsində terrorçunun avtomobili partladılıb, Odov Yusuf yaralanmayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Somali







Vaxtında, Aydın, Lazımlı!


