Türkiyədə 10 gün Əfqanıstanı müzakirə edəcəklər

 Türkiyədə 10 gün Əfqanıstanı müzakirə edəcəklər
  03 Aprel 2021    Oxunub:1936
Aprelin 16-da Türkiyədə Əfqanıstan nizamlanması üzrə konfrans başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə “1TV” məlumat yayıb.

Tədbirin təxminən 10 gün davam edəcəyi gözlənilir. Əfqanıstanın yeddi siyasi partiyası birgə bəyanatında qarşıdakı görüşü məmnuniyyətlə qarşılayıblar, müzakirələr zamanı tərəflərin hərbi əməliyyatlara son qoyacaq həll əldə edə biləcəklərinə ümid etdiklərini söyləyiblər.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Əfqanıstan Prezidenti Əşrəf Qaniyə məktub göndərib və BMT-nin himayəsi altında ABŞ, Rusiya, Çin, Pakistan, Hindistan və İranın iştirakı ilə Əfqanıstan nizamlanması üzrə konfrans keçirilməsini təklif edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu danışıqların İstanbulda baş tutacağını təsdiqləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti