Ceyhun Bayramov Türkiyənin yeni səfirinə uğurlar arzuladı

Ceyhun Bayramov Türkiyənin yeni səfirinə uğurlar arzuladı
  03 Aprel 2021    Oxunub:2761
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizə yeni təyin olunan səfiri Cahit Bağçıya fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Azvision.az xəbər verir ki, bu barədə XİN rəhbəri “Tvitter” səhifəsində paylaşım edib.

“Qardaş Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağçıya bir millət, iki dövlət Azərbaycan və Türkiyə arasındakı münasibətlərin daha da genişləndirilməsinə xidmət edəcək şərəfli və məsuliyyətli vəzifəsində müvəffəqiyyətlər arzu edirəm", - deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cahit Bağçını Azərbaycana yeni səfir təyin edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CahitBağçı  





Xəbər lenti