Ermənistanda “yumurta böhranı”

 Ermənistanda “yumurta böhranı”
  03 Aprel 2021    Oxunub:1610
Ermənistan "yumurta böhranı" ilə üzləşib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, son günlər ölkədə yumurta qıtlığı yaranıb. Xüsusən də paytaxt İrəvanın mağazalarında yumurta tapmaq mümkün deyil.

"Qiyməti 220-230 drama qalxmış yumurtanı almaq müşkilə çevrilib. Mağazaya gələn məhsul dərhal satılır. İrəvandakı mağazalar və supermarketlərdə yumurtanı tamamilə yığışdırıblar. Pasxa ərəfəsində şəhər sakinləri çarəsiz vəziyyətdə qalıblar", - deyə erməni KİV-ləri yazıb.

Xatırladaq ki, son günlər Ermənistanda yumurtanın qiyməti kəskin bahalaşıb. Belə ki, əvvəllər 60-70 drama satılan yumurta 220-230 drama qalxıb. Aidiyyəti dövlət qurumları bazarda yoxlamalar aparıldığını, bəzi istehsalçıları cərimə etdiklərini açıqlayıb. Ancaq problem hələ də həll olunmayıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Yumurta   Ermənistan  





Xəbər lenti