Ermənistan polisi müxalifətçiləri saxlayıb

 Ermənistan polisi müxalifətçiləri saxlayıb
  03 Aprel 2021    Oxunub:1846
Ermənistan polisi parlament binası yaxınlığında bir neçə müxalifətçini saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “Mediaport” məlumat yayıb.

“Bir qız da daxil olmaqla, “Azadlıq” hərəkatının altı nümayəndəsi Dəmirçiyan küçəsindəki çadırı götürməkdən imtina etdikləri üçün polis bölməsinə aparılıblar", - məlumatda vurğulanıb.

Bundan əvvəl, müxalif “Vətənin qurtuluşu hərəkatı” ölkənin bölgələrində aksiyalar keçirəcəklərinə görə Dəmirçyan küçəsini boşaldıblar. Müxalifətçilər bölgələrə səfərlərdən sonra Baqramyan-Dəmirçyan küçəsinə qayıdacaqlarını deyiblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti