Mənzildə köməksiz qalan şəxsin meyiti tapılıb

Mənzildə köməksiz qalan şəxsin meyiti tapılıb
  04 Aprel 2021    Oxunub:1598
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Məmmədov Əfqan Qazəhməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Mənzil   Meyit  





Xəbər lenti