Donbasda Ukrayna hərbçisi həlak olub

 Donbasda Ukrayna hərbçisi həlak olub
  04 Aprel 2021    Oxunub:2190
Ukraynanın Donbas bölgəsində bir hərbçi minaya düşərək həlak olub.
Azvision.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, hadisə Donbasın Şumı yaşayış məntəqəsində qeydə alınıb.

İnsidentin baş verdiyi əraziyə Ukrayna Silahlı Qüvvələrinin və Hərbi Hüquq Mühafizə Xidmətinin əməliyyat qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Ukrayna   Mina   Donbas  



Xəbər lenti