Son sutkada yoluxma sayı 662 mindən çox artıb

  Son sutkada yoluxma sayı 662 mindən çox artıb
  04 Aprel 2021    Oxunub:1373
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 662 mindən çox artıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 662 min 690 nəfər koronavirusa yoluxub, 11 min 306 xəstə dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 129 milyon 902 min 402, ölənlər isə 2 milyon 831 min 815 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  



Xəbər lenti