Gürcüstanda 464 yeni yoluxma aşkarlandı

Gürcüstanda 464 yeni yoluxma aşkarlandı
  04 Aprel 2021    Oxunub:1197
Gürcüstanda son sutka ərzində koronavirusa 464 yeni yoluxma faktı qeydə alınıb, 7 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə məqsədilə yaratdığı xüsusi saytda məlumat yer alıb.

Qeyd olunub ki, ölkədə pandemiya başlayandan bəri 283 833 yoluxma halı aşkarlanıb, 274 599 nəfər sağalıb. İndiyədək koronavirusa yoluxanlardan 3811 nəfəri həyatını itirib.

Hazırda karantin rejimində 243, stasionar nəzarətdə isə 1822 nəfər saxlanılır.

Azvision.az


Teqlər: Gürcüstan   virus  





Xəbər lenti