Rusiyada koronavirusla bağlı son vəziyyət

Rusiyada koronavirusla bağlı son vəziyyət
  04 Aprel 2021    Oxunub:2194
Rusiyada son sutka ərzində koronavirusa 8817 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 580 894 nəfərə çatıb.

Rusiyada son bir gündə 357 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 100 374 nəfərdir. İndiyədək 4 204 081 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti