Fransalı siyasətçini və arvadını qarət edib döydülər

 Fransalı siyasətçini və arvadını qarət edib döydülər
  04 Aprel 2021    Oxunub:1253
Parisdə naməlum şəxslər fransalı iş adamı, siyasətçi və ictimai xadim Bernard Tapi və həyat yoldaşını qarət edərək döyüblər.
Azvision.az xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Bildirilib ki, dörd nəfərdən ibarət cinayətkar dəstə gecə saatlarında Tapi cütlüyünün Parisin cənub-şərqində yerləşən evinə girib. Onlar ər və arvadı bağlayaraq döyüb, evi qarət ediblər.

Soyğunçular evi tərk etdikdən sonra cütlük təcili yardım çağırıb, ardınca polisə müraciət olunub.

Qeyd edək ki, Bernard Tapi Avropa parlamentinin keçmiş deputatıdır. 1992-ci ildə şəhər işləri naziri təyin edilib. 1986-1994-cü illərdə Olimpiya Marsel Futbol Klubunun prezidenti olub. O, mədə xərçəngindən əziyyət çəkir, vəziyyəti kritikdir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Fransa   Paris   Cinayət  





Xəbər lenti