Çində balıqçı gəmisi batıb, 12 nəfər ölüb

Çində balıqçı gəmisi batıb, 12 nəfər ölüb
  04 Aprel 2021    Oxunub:1678
Çinin şərq sahillərində balıqçı gəmisi batıb. Hadisə nəticəsində 12 nəfər ölüb.
Azvision.az xəbər verir ki, Çin Qlobal Televiziya Şəbəkəsinin Dənizdə Axtarış və Xilasetmə Mərkəzinə istinadən yaydığı məlumata görə, balıqçı gəmisi Çjetszyan əyalətində Çjouşan adaları yaxınlığında batıb. Hadisə nəticəsində 12 nəfər ölüb, 4 nəfər xilas edilib. Daha 4 balıqçının itkin düşdüyü bildirilir.

Axtarış-xilasetmə işləri davam edir. Qəza yerinə xilasetmə gəmiləri və helikopterlər cəlb edilib.

Azvision.az


Teqlər: Çin   qəza  



Xəbər lenti