Türkiyədə təqaüddə olan hərbçilərin bəyanatı etirazla qarşılandı

Türkiyədə təqaüddə olan hərbçilərin bəyanatı etirazla qarşılandı
  04 Aprel 2021    Oxunub:2154
Türkiyədə təqaüddə olan bir qrup hərbçi hakimiyyət əleyhinə hədələyici siyasi bəyanat yayıb.
Azvision.az xəbər verir ki, etiraz doğuran bəyanat hakimiyyət orqanları tərəfindən “dövlət çevrilişinə cəhd çağırışı” kimi qiymətləndirilib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop hüquqa zidd bəyanatların yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, sərbəst fikir ifadəsi ilə dövlət çevrilişinə çağırış bir-birindən fərqlidir.

Eyni zamanda, Türkiyənin Vitse-prezidenti Fuat Oktay, ədliyyə naziri Abdulhamit Gül, daxili işlər naziri Süleyman Soylu və digər hökumət üzvləri, hakim Ədalət və İnkişaf Partiyasının rəhbər şəxsləri sözügedən bəyanata etirazlarını ifadə ediblər.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan 103 hərbçisi “Montrö Boğazları Sazişi” ilə bağlı bəyanat yayıblar. Ölkənin Baş Prokurorluğu bəyanatla əlaqədar araşdırma başladıb.

Azvision.az


Teqlər: Türkiyə   Hərbçi   Bəyanat  





Xəbər lenti