İranda koronavirusdan ölüm sayı 63 mini keçdi

İranda koronavirusdan ölüm sayı 63 mini keçdi
  04 Aprel 2021    Oxunub:2670
İranda son sutka ərzində 161 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, İranda indiyədək 63 160 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son 24 saatda 11 680 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma hallarının ümumi sayı 1 932 074-ə yüksəlib.

Virus daşıyıcılarından 4057 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Azvision.az


Teqlər: İran   Koronavirus  



Xəbər lenti