120-yə yaxın gəmi Süveyş kanalında növbə gözləyir

120-yə yaxın gəmi Süveyş kanalında növbə gözləyir
  04 Aprel 2021    Oxunub:1464
Süveyş kanalını keçmək üçün növbə gözləyən gəmilərin sayı 120-yə endirilib.
Azvision.az xəbər verir ki, bu barədə "Leth Agencies" məlumat yayıb.

Şirkətdən verilən məlumata görə, bazar günü 85 gəmi kanaldan keçəcək. Kanal boyunca naviqasiya açıldıqdan sonra hər iki istiqamətdə 527 gəmi üzüb. Tranzit cədvəlinin 5 apreldə normallaşması gözlənilir. Kanalın tıxanması zamanı nəqliyyat yolunun açılmasını gözləyən son gəmi qrupu bir gün əvvəl oranı tərk edib.

Qeyd edək ki, Süveyş kanalını altı gün bağlayan "Ever Given" meqa konteyner gəmisi 29 mart tarixində geri çəkilib və həmin gün axşam saatlarında kanalda naviqasiya bərpa edilib. Kanal istiqamətində nəhəng tıxac yaranıb, 400-dən çox gəmi növbədə dayanmalı olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Suveyşkanalı  



Xəbər lenti