Almaniyada peyvənd vurduranlara güzəşt ediləcək

Almaniyada peyvənd vurduranlara güzəşt ediləcək
  04 Aprel 2021    Oxunub:1917
Almaniyada COVID-19-a qarşı peyvənd olunmuş sakinlərin test vermədən alış-verişə getməsinə və səyahət etməsinə icazə veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri Yens Span bildirib.

Nazir vətəndaşların koronavirusun üçüncü dalğası bitdikdən sonra səyahət və alış-veriş imtiyazlarından istifadə edə biləcəklərini söyləyib.

Qeyd edək ki, Almaniyada karantin rejimi davam edir. Ölkədə məktəblər, uşaq bağçaları, gözəllik salonları, gül və kitab mağazalarının fəaliyyətinə icazə verilir. Yalnız mənfi test nəticələri olan şəxslər həmin yerlərə gedə bilərlər.

Mart ayında kansler Angela Merkel karantin rejiminin 18 aprelə qədər uzadıldığını elan edib. Özünü təcrid etmə rejiminin Pasxa dövründə - 1 apreldən 5 aprelə qədər gücləndirilməsi planlaşdırılıb.

Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti