Azərbaycanda daha 29 nəfər koronavirusdan vəfat etdi

   Azərbaycanda daha 29 nəfər koronavirusdan vəfat etdi
  04 Aprel 2021    Oxunub:2279
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2021 yeni yoluxma faktı qeydə alınıb, 776 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Ölkəmizdə indiyədək ümumilikdə 270 735 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 241 646 nəfər müalicə olunaraq sağalıb, 3677 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 25 412 nəfərdir.

Son sutka ərzində 12 210, hazırkı dövrədək isə 2 928 955 test aparılıb.



Azvision.az



Teqlər: Koronavirus   Yoluxma  






Xəbər lenti