Tbilisidə partlayış olub, ölən var

Tbilisidə partlayış olub,  ölən var
  04 Aprel 2021    Oxunub:1434
Gürcüstanın paytaxtı Tbilisidə çoxmərtəbəli yaşayış binasında partlayış olub. Hadisə nəticəsində bir nəfər ölüb.
Azvision.az xəbər verir ki, partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir.

Hadisə yerinə təcili tibbi yardım xidməti, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub. Binada yaşayan sakinlər təxliyyə edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tbilisi   Partlayış  



Xəbər lenti