Zelenski Baydenlə görüşə hazırlaşır

   Zelenski Baydenlə görüşə hazırlaşır
  04 Aprel 2021    Oxunub:1427
Ukraynalı diplomatlar və Prezidentin ofisi Vladimir Zelenski ilə amerikalı həmkarı Co Bayden arasında görüş hazırlıqlarına başlayıblar.
Azvision.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədəUkraynanın ABŞ-dakı səfiri Oksana Markarova bildirib.

Diplomatın sözlərinə görə, Ukrayna rəsmilərinin ABŞ-a səfəri və Ameriya nümayəndələrinin Ukraynaya səfəri üçün dəvətlər hazırlanır. Lakin Markarova vurğulayıb ki, dövlət başçılarının görüşü təkcə onların siyasi iradəsindən və cədvəllərindən deyil, həm də koronavirusla bağlı vəziyyətdən asılıdır.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak ABŞ lideri Co Baydenin Kiyevə səfər etmək üçün fürsət gözlədiyini bildirmişdi.

Azvision.az


Teqlər: Zelenski   Ukrayna  





Xəbər lenti