Britaniyada “İmmun pasportları” tətbiq olunacaq

Britaniyada “İmmun pasportları” tətbiq olunacaq
  04 Aprel 2021    Oxunub:1469
Böyük Britaniya hökuməti aprel ayında koronavirusa qarşı “immun pasportları” sisteminin pilot sınaqlarına başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə "The Sunday Telegraph" məlumat yayıb.

Payızda Krallıq ərazisində "immun pasportları"nın geniş yayılması gözlənilir. Nəşrin məlumatına görə, Baş nazir Boris Conson sistemin inkişaf etdirilməsi ilə bağlı ilk rəsmi açıqlamanı sabah vermək niyyətindədir.

Sistem Krallıq sakinlərinin teatrlar, gecə klubları və futbol oyunları da daxil olmaqla müxtəlif kütləvi tədbirlərdə iştirakına imkan verəcək. Qarşıdakı aylarda ölkədə yeni sistemin sınaqdan keçirilməsinə dair bir sıra tədbirlər planlaşdırılır.

Son məlumatlara görə, 31,4 milyondan çox britaniyalı artıq koronavirus peyvəndinin ilk dozasını alıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BöyükBritaniya  



Xəbər lenti