Sumqayıt Dövlət Universitetinin ixtisaslarının sayı artırılır

Sumqayıt Dövlət Universitetinin ixtisaslarının sayı artırılır
  28 Fevral 2014    Oxunub:1875
Sumqayıt Dövlət Universitetinin ixtisaslarının sayı artırılacaq.
AzVision.az-ın məlumatıa görə, bu barədə Təhsil Nazirliyi Facebook səhifəsində ali məktəblərlə bağlı sualları cavablandırarkən bildirib.

Nazirlik bildirib ki, Sumqayıt Dövlət Universitetinin maddi-texniki və tədris laborator bazasının gücləndirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür. Eyni zamanda Sumqayıt Dövlət Universitetinin ixtisaslarının sayı artırılır və bununla da Sumqayıtda yaşayan gənclərin rahatlıqla öz şəhərlərində ali təhsil almasına şəraitin yaradılması nəzərdə tutulur.

Bununla yanaşı, Təhsil Nazirliyi bildirib ki, Sumqayıt Dövlət Universitetində rektor təyin ediləcək.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti