Ancelina Colinin atası: “Bred Pitt üçün dua edirəm”

 Ancelina Colinin atası:  “Bred Pitt üçün dua edirəm”
  04 Aprel 2021    Oxunub:2372
Hollivudun məşhur aktrisası Ancelina Colinin atası, 82 yaşlı Con Voyt keçmiş kürəkəni Bred Pitt haqqında danışıb.
Azvision.az xəbər verir ki, o, Bred Pittin ciddi problemlərinin olduğunu və zərərli vərdişlərdən əziyyət çəkdiyini deyib.

C.Voyt altı nəvəsinin valideynlərinin boşanması səbəbindən üzləşdiyi çətin vəziyyətdən çıxdıqlarını söyləyib.

"Bred alkoqolla bağlı bəzi problemlər yaşayırdı. Ümid edirəm ki, o, özünün qayğısına qaldı və mən onun üçün dua edirəm. Uşaqlar vəziyyətdən bacardıqları qədər çıxırlar".

Qeyd edək ki, 2014-cü ildə Fransada evlənən Bred Pitt və Ancelina Coli cütlüyü 5 ildən sonra boşanmaq qərarına gəliblər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hollivud   aktrisa  



Xəbər lenti