ABŞ-da atışma olub, ölən var

ABŞ-da atışma olub, ölən var
  05 Aprel 2021    Oxunub:1113
ABŞ-ın Virciniya-Biç şəhərində (Virciniya ştatı) atışma olub. Hadisə nəticəsində bir nəfər ölüb, ikisi ağır yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə CNN telekanalı yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, ötən gün axşam saatlarında polisə insident barədə məlumat daxil olub. Hadisə yerində bir meyit və iki ağır yaralı şəxs aşkar edilib. Yaralananlar xəstəxanaya aparılıb.

Cinayətin təfərrüatı hələlik məlum deyil.

Azvision.az


Teqlər: ABŞ   Atışma   Cinayət  





Xəbər lenti