Dünyada koronavirusla bağlı son vəziyyət

 Dünyada koronavirusla bağlı son vəziyyət
  05 Aprel 2021    Oxunub:1239
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 131 milyon 920 min 255 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 866 min 002 nəfərdir. İndiyədək 106 milyon 202 min 786 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 510 min 365 nəfər koronavirusa yoluxub, 10 min 173 nəfər isə ölüb.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 31 420 331 nəfər virusa yoluxub, 568 777 pasiyent dünyasını dəyişib.

İkinci sırada Braziliya gəlir. İndiyədək bu ölkədə 12 984 956 yoluxma qeydə alınıb. Onlardan 331 530 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Hindistanda pandemiya dövründə 12 589 067 nəfərdə virus aşkar edilib. Xəstələrdən 165 132 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Fransada 4 822 470 yoluxma, 96 678 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Rusiyada 4 580 894 nəfər virusa yoluxub ki, onlardan 100 374-ü ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti