Vyetnamın Baş nazir vəzifəsinə yeni namizəd irəli sürüldü

Vyetnamın Baş nazir vəzifəsinə yeni namizəd irəli sürüldü
  05 Aprel 2021    Oxunub:1094
Vyetnam Sosialist Respublikasının yeni seçilmiş prezidenti Nquen Suan Fuk hakim Kommunist partiyası Mərkəzi Komitəsinin təşkilat şöbəsinin müdiri Fam Min Çinin baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
Azvision.az "TASS"a istinadla xəbər verir ki, onun namizədliyi baxılması üçün parlamentə təqdim edilib.

Hökumət başçısının seçilməsi üçün səsvermə bu gün keçiriləcək.

63 yaşlı Fam Min Çin hüquqşünasdır, hüquq elmləri doktoru və partiyanın inzibati işində böyük təcrübəyə malikdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Vyetnam  



Xəbər lenti