Almaniyada daha 8497 nəfər virusa yoluxdu

Almaniyada daha 8497 nəfər virusa yoluxdu
  05 Aprel 2021    Oxunub:1044
Almaniyada son bir gündə 8497 nəfər koronavirus infeksiyasına yoluxub, 50 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 893 883 yoluxma halı aşkarlanıb, 77 minə yaxın ölüm faktı qeydə alınıb.

Xatırladaq ki, Almaniyada karantin rejimi 18 aprelədək uzadılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti