“Bağçalarla bağlı qərar veriləcək” - Rəsmi açıqlama

 “Bağçalarla bağlı qərar veriləcək” -  Rəsmi açıqlama
  05 Aprel 2021    Oxunub:2581
Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb. Təhsil naziri Emin Əmrullayev “Facebook” üzərindən canlı yayım zamanı məktəblərdən fərqli olaraq bağçaların fəaliyyət göstərəcəyini qeyd etmişdi.
Lakin bu gün bağçaların bağlı olduğu və valideynlərə övladlarını müəssisəyə gətirməmələri tapşırılıb.

Məsələ ilə bağlı icra hakimiyyətlərindən məlumat almağa çalışdıq.

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Azvision.az -a açıqlamasında bağçaların fəaliyyət göstərmədiyini təsdiqləyib. O, bildirib ki, bağça əməkdaşları vaksinasiyadan keçdikdən sonra müəssisələrin fəaliyyəti ilə bağlı qərar veriləcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bağça   Qərar  






Xəbər lenti